25.12.2019
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
Kitabxananın direktoru Elmira Əliyeva tədbiri açaraq iştirakçıları salamladı.
Gəncə Regional Mədəniyyət idarəsinin məsləhətçisi Bəxtiyar Muradov Regional idarənin rəisi, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Sənan Hacıyevin təbriki çatdıraraq, kitabxananın direktoruna fəxri fərman təqdim etdi.
Gecədə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, qocaman yazıçı-publisist Qərib Mehdi, bölmənin digər üzvləri, Gəncə Dovlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Texnologiya Universitetinin kitabxanalarının direktorları, Samux, Goranboy, Xocalı, Kəlbəcər, Şəmkir rayon Mərkəzi Kitabxana Sistemlərinin direktorları, “Gəncənin səsi” və “Novosti Ganja” qəzetinin əməkdaşları, Gəncə Dovlət Universitetinin dosenti Hüseyn Bəxtiyarov, Gəncə Maarif Evinin müdiri İmamverdi Məmmədov, fəal oxucular cıxış edərək təbriklərini bildirdilər. Direktor müavini Fəridə Qədimova kitabxananın keçdiyi inkişaf yolundan danışdı. Gəncə Musiqi Kolleci öz musiqi töhfəsini təqdim etdi.
Gecənin sonunda Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən, bir qrup kitabxana işçilərinə fəxri fərman və təşəkkürnamələr verildi.
Yubiley gecəsi böyuk ruh yuksəkliyiilə başa catdı.