24.12.2019
Samux rayon Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ilə əlaqədar olaraq Samux rayon uşaq baxçalarının iştirakı ilə tədbir təşkil edildi.
Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova hər kəsi bu iki gözəl əlamətdar gün münasibətilə ürək sözlərini paylaşdı. Bu böyük günün qeyd edilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı, ürəyi hər zaman Azərbaycan sevgisi ilə döyünən, ölkəmizdən kənarda da yaşayan bütün soydaşlarımızı da təbrik etdi. O, üzümüzə gələn Yeni ili Qarabağımızda keçirməyi arzuladı.
Tədbir böyük ruh yüksəkliyi ilə başa çatdı.