20.12.2019
Goranboy rayon Dövlət Rəsm Qalereyasında gənclərin asudə vaxtının
səmərəli təşkilinə dair Goranboy rayon İdman və Gənclər İdarəsinin işçiləri və
rayon gənclərinin iştirakı ilə dəyirmi masa arxasında söhbət təşkil edildi.
Qalereyanın direktoru Çinarə Abdullazadə və Gənclər və İdman İdarəsinin
işçisi Qurban Həsənov çıxış edərək bildirdilər ki, asudə vaxtlarını elmlə keçirən
gənclər əsasən kitab oxuyur və yazı yazmağı çox xoşlayırlar. Onlar savadlarını
artıraraq gələcək həyatlarında problemlərini həll etməyə çalışır, əqli cəhətdən
güclü olurlar. Həm də onların güclü fikirləşmək qabiliyyətləri olur, cəmiyyətdə
digərlərindən savadlarıyla seçilirlər.
Asudə vaxtlarını əylənməklə keçirən gənclər üçün oynamaq və musiqi
dinləmək ən yaxşı vaxt keçirmək üsuludur.
Belə gənclər digər gənclərdən enerjilərinə və çılğınlıqlarına görə seçilirlər.