Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəlbəcər rayon Mərkəzi kitabxanasında ulu öndərin xatirəsi yad edildi

12.12.2019

Kəlbəcər rayon Mərkəzi Kitabxana Sistemində Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar xatirə saatı keçirildi. Tədbiri kitabxananın direktoru Sadiqə Quliyeva açdı.
Ümummilli lider lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçılarına Ulu öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti barədə ətraflı məlumat verildi.
Sonra Kəlbəcər rayon 9 nömrəli orta məktəbin şagirdlərinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndi.