29.12.2017
29 dekabr 2017 –ci il tarixində Samux rayon MKS-nin Xidmət şöbəsində böyük bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Elza İbrahimovanını həyat və yaradıcılığı haqqında söhbət aparıldı. Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazmışdır.Dəyirmi masada bəstəkarın mahnıları səsləndi və qərara alındı ki, görkəmli bəstəkarın yubileyini yüksek seviyyədə keçirilməsini təmin etmək məqsədi ilə “Mahnı saatları”,”Xatirə və anım gecələrinin”keçirilməsi,bəstəkar haqqında slaydların hazırlanması və s. Nəzərdə tutulub.