12.12.2019
Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 04, 05, 09 və 10 dekabr 2019-cu il tarixlərində Heydər Əliyev Mərkəzində şəhər İ.Nəsimi adına 1 və S.Vurğun adına 2 saylı tam orta məktəblərinin şagirdlərinə «Qurucu və xilaskar dövlət xadimi», «Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi», «Heydər Əliyev düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi», «Müstəqil Azərbaycanın memarı», «Heydər Əliyev və Azərbaycan», «Xalqın xilaskar oğlu» mövzularında tarix müəllimləri Aygün İsmayılova, Nəzirə Dəmirova, Bəsti Qarayeva Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi, gənclərin və yetişməkdə olan nəslin Heydər Əliyev ideyaları, milli vətənpərvərlik ruhunda tərbiyəsinə, onların mənəvi, intellektual inkişafında müsbət təhsili barədə geniş və ətraflı məlumat verdilər.
Tədbirlərdə Ümummillli lider Heydər Əliyevin xalqına, vətəninə həsr etdiyi şərəfli ömür yolu xüsusilə diqqətə çatdırılmışdır.