12.12.2019
Samux rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin "Anım günü" ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova ulu öndər haqqında danışdı, onun Vətəni üçün etdiklərindən bəhs etdi. Mərkəzin elmi işçisi Güləbətin Əliyeva öz çıxışında Heydər Əliyevin yeni azadlıq əldə etmiş ölkəmizi daha da tanıtmaq üçün xarici ölkələrlə bağlanmış saziş və səfərləri barədə mühazirə oxudu.
Sənədli film izləndi. Daha sonra yuxarı sinif şagirdləri, müəllimlər ulu öndər haqqında danışdılar, fikirlərini bölüşdülər.