12.12.2019
Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar olaraq Heydər Əliyevin abidəsi önündə ümumşəhər xatirə günü keçirdilər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanları işçiləri, idarə və təşkilatların kollektivləri, tələbə-gənclər və şəhər sakinləri Ulu öndər Heydər Əliyevi dərin ehtiramla yad etdilər. Mərasim iştirakçıları Ümummilli liderin Gəncənin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzdülər.
Anım mərasimindən sonra cənab Niyazi Bayramov və şəhər rəsmiləri Gəncənin baş meydanında yerləşən Miniatür Kitab Müzeyi və Uşaq Kitabxanasında oldular. Burada Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunan fotostendə baxış keçirildi. Məktəblilərin təqdimatında Ümummilli lider Heydər Əliyevə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olundu.