Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ürəklərdə əbədiləşən dahi” adlı anım günü keçirildi

11.12.2019

Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu zalında 12 Dekabr – Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar “Ürəklərdə əbədiləşən dahi” adlı anım günü keçirildi.
Tədbir “Dağ vüqarlı Ulu ondər” mahnısının sədaları ilə açıq elan olundu. İlk öncə ulu öndərin ruhu bir dəqiqəlik sükütla yad edildi.
Tədbir iştirakçıları əvvəlcə kitabxananın foyesində sərgilənmiş Ümummilli liderin həyatı və fəaliyyətinin  müxtəlif sahələrini əhatə edən geniş kitab sərgisi ilə, rəssamlıq məktəbi şagirdlərinin Heydər Əliyevin fotosu ilə,  həmçinin vətənpərvətlik mövzusunda çəkilmiş əl işləri ilə  tanış oldular.
Anım tədbirində Heydər Əliyevə həsr etdilmiş slayd nümayış etdirildi, “Vüqarlı ulu öndər”, “Heydər Ata” musiqiləri səsləndirildi.
Göygöl rayon Qızılca kənd orta məktəbinin şagirdlərinin ifasında ulu öndərə həsr olunmuş şeirlər ifa olundu.
Kitabxananın direktoru Elmira Əliyeva, Gənə Dövlət Universitenin ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüsey Bəxtiyarov, Gəncə Maarif Evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev ümummilli liderlə bağlı çıxış etdilər.