Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulu öndər, dahi şəxsiyyət” adlı anım günü keçirildi

11.12.2019

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar olaraq  “Ulu öndər, dahi şəxsiyyət” başlığı altında anım günü keçirildi.
Tədbirdə 32 nömrəli tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Şöbənin müdiri Ellada Rəhimova çıxış edərək bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xalaskar  dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Məktəbin ibtidai sinif müəlliməsi Fatimə Əliyeva ümummilli liderin hər zaman təhsilə, elmə xüsusı diqqət və qayğı göstərməsindən danışdı. Tədbirdə şagirdlər ulu öndərə həsr edilmiş Q.Ədalətin “Ulu bir sərkərdə, ulu bir öndər”, H.Şirinov “Nə müddətdir könlüm yaman darıxır”, F.Ləman “Onu zaman seçib” və s. şeirlərlə çıxış etdilər.
Sonda ulu öndər H.Əliyevin nümunəvi həyat yolu və misilsiz  xidmətlərindən bəhs edən kitab sərgisi və video-çarx nümayiş olundu