10.12.2019
Xocalı rayon Mədəniyyət evində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini Vahid Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri və işçiləri iştirak etdi. İlk öncə Xocalı rayon Mədəniyyət evinin qarşısında rayon MKS tərəfindən təşkil edilmiş kitab sərgisinə baxış keçirildi. Daha sonra “Nəsimi” filmindən götürülmüş qısa bir fraqmentə baxıldı. Xocalı şəhər 5 nömrəli klubun mədəni təşkilatçısı AynurəBilalova Nəsiminin həyat və yaradıcılığından geniş məlumat verdi.
Daha sonra Xocalı rayon Mədəniyyət evinin Nəsiminin qəzəllərindən ibarət hazırladığı kompozisiya və Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqili kompozisiya nümayiş etdirildi.
Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyətinin başçısının müavini Vahid Əliyev böyük şair Nəsimi haqqında fikirlərini bildirdi. O, tədbirin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür etdi.