Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu öndər Heydər Əliyevə həsr olunmuş sərgi

10.12.2019

Goranboy rayon Dövlət Rəsm Qalereyasında Goranboy rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım günü  ilə əlaqədar  fotolardan ibarət sərgi təşkil etmişdir.
Sərgidə Respublikamızın sosial iqtisadi inkişaf dövrlərinə aid foto nümayiş olunmuşdur.
Qalereyanın direktoru Çinarə Abdullazadə ulu öndərin həyat və yaradıcılığı ilə bağlı sərgi tamaşaçılarına məlumat verərək bildirmişdirki, Heydər Əliyev fenomeni milli mədəniyyətimizi daim zənginləşdirir. Ulu öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır. Ulu öndərimizin sayəsində mədəniyyətimiz milli- mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Dahi siyasətçi Azərbaycan mədəniyyətinin inkişafına töhfə verən sənətkarların həmişə qayğısına qalmışdır.