06.12.2019
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli 689 №-li “Böyük Azərbaycan şairi İmaddədin Nəsimin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il tarixli 886 nömrəli Sərəncamının icrası ilə əlaqədar və “Heydər Əliyev Fondu”nun təşəbbüsü ilə ümumrespublika ağacəkmə aksiyası keçirildi.
Bu aksiyada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan Gəncə Regional Mədəniyyət İdarəsinin Gəncə, Naftalan şəhər, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarındakı mədəniyyət müəssisələrində çalışan mədəniyyət, incəsənət işçiləri mütəşəkkil şəkildə iştirak etdilər keçirilən ağacəkmə aksiyalarında aktyorların ifasında İ.Nəsiminin şeirləri səsləndirildi, ədəbi-bədii kompozisiyalar təqdim olundu, müğənnilərin ifasında şairin sözlərinə yazılmış musiqi nömrələri səsləndirildi.
“Nəsimi – 650” adlı ağacəkmə aksiyaları ruh yüksəkliyi ilə başa çatdı.