Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yurdsuz uşaqlar”

28.12.2017

28. 12. 2017 – ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 25 saylı məktəbin VII sinif şagirdləri ilə birgə məşhur rus yazıçısı, publisist, ictimai xadim V. Q. Korolenkonun “ Yurdsuz uşaqlar ” kitabının müzakirəsini keçirtdi. Tədbirin aparıcısı Natella Hacıyeva əvvəlcə yazıçının keçirdiyi həyat yolundan danışdı. Sonra isə məktəbin ədəbiyyat müəllimi əlavə olaraq yazıçının ədəbiyyat yaradıcılığı haqqında məlumat verdi. Sonra uşaqlar tərəfindən oxunmuş, yazıçının “Yurdsuz uşaqlar” əsərinin təhlili başlandı. Əsər üzrə verilən suallara məktəblilərdən Rəfi Salmanov və Gülçin Bağırova daha fəal və məntiqli cavab verdilər. Uşaqlar belə qənaətə gəldilər ki , həyatda insan yalnız yaxşı əməllərlə tanınmalı və sevilməlidir.

Tədbirin sonunda kitabxanaçı oxuculara yazıçının kitablarından ibarət kitab sərgisi haqqında qısa məlumat verdi.