Gəncə şəhəri Mədəniyyət Mərkəzində Milli Dircəliş günü münasibəti ilə dəyirmi masa keçirildi.
Dəyirmi masada Mədəniyyət Mərkəzinin işçiləri, 3 saylı kitabxananın işçiləri, 15 saylı orta məktəbin şagirdləri, kurs müəllimləri, ərazi sakinləri iştirak etdi.
Mədəniyyət Məkkəzinin direktoru Afina Ələkbərova Dirçəliş günü haqqında məlumat verərək qeyd etdi ki, Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 Noyabr – Milli Dirçəliş günü kimi qeyd olunur.