13.11.2019 – cu il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında Gəncə kitabxanasının 85- illiyi ilə əlaqədar ədəbi – bədii gecə keçirildi. Tədbiri kitabxananın müdiri Natella Hacıyeva açaraq kitabxanaların dünəni və bu günü ,7 saylı kitabxananın 51 ildə keçdiyi yol haqqında geniş məlumat verdi. Fəal oxucumuz 3 saylı musiqi məktəbinin fortopiano müəlliməsi Təranə Mustafayeva çıxış edərək kitabxana əməkdaşlarını yubiley münasibətilə təbrik etdi və vurğuladı ki,kitabxana böyük məbəddir, kitab ,kitabxana cəmiyyətə müəllim qədər, həkim qədər gərəklidir.Digər fəal oxucu evdar qadın Xəyalə Qasımova bildirdi ki, kitabxanada uşaqlara yalnız bilik verilmir, onlarda elmə həvəs, əməyə məhəbbət, estetik zövq tərbiyə edir.Tədbirdə iştirak edən digər oxucular kitabxana haqqında səmimi, xoş sözlər deyərək,kitabxananın fəaliyyətində uğurlar dilədilər.Yubiley tədbiri 3 saylı musiqi məktəbi kolektivinin ifaları ilə davam etdi. Kitaba, Gəncəyə, Göy Gölə aid şeirlər, mahnılar ifa olundu.Tədbir kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Kitabxananın keçdiyi yol” adlı sərgiyə baxışla davam etdi .