Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyə gedən yol dirçəlişdən başlayır”

16.11.2019

Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında 17 Noyabr – Milli Dirçəliş günü münasibətilə elmi-praktik konfrans keçirildi. Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açaraq tədbir iştirakçıları bayram münasibətilə təbrik edib, Azərbaycanın müstəqillik yolundan danışdı, hər şey ermənilərin Azərbaycana qarşı ərazi iddiasından sonra başladı. Yüz minlərlə Azərbaycanlının öz dədə-baba torpaqlarından qovulması insanlarda böyük hiddət yaratdı və onlar öz etirazlarını bildirmək üçün “Azadlıq” meydanına axışdılar. Çıxışçılar davam edərək qeyd etdilər ki, həmin gün insanların qan yaddaşlarında böyük oyaniş yarandı və 1992-ci ildən 17 noyabr tarixə Milli Dirçəliş günü kimi qeyd edilməyə başladı. Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.