Goranboy rayon Dövlət Rəsm Qalereyasında 17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı sərgi təşkil edilmişdir.
Sərginin tamaşaçıları Veyisli kənd orta məktəbin 8-ci sinif şagirdləri olmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə çıxış edərək bildirdiki, Milli Dirçəliş günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda «Azadlıq» meydanında başlayan milli azadlıq hərəkatı-mitinqləri ilə bağlıdır. Həmin vaxt Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı siyasət nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı başlamışdır.