Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzində tarix dərsi

14.11.2019

Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə bağlı rayonun Nadirkənd, Muzdurlar, Məşədiqaralar kənd tam orta məktəblərinin X və XI sinif şagirdlərinə açıq dərs keçirildi. Açıq dərsi Borsunlu kənd 2 saylı tam orta məktəbin tarix müəllimi Bəhruz Hümbətov keçdi. Sonda şagirdlər Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış oldular.