Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncəm – Fəxrim mənim” adlı solo konsert

13.11.2019

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhəri F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin məzunu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, Beynəlxalq müsabiqələr laureatı, “Tərəqqi” ordenli Fəxri Kazım Nicat solo konsertini təqdim etdi. Konsertdən əvvəl Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Vəfa Abbasova çıxış edərək, şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun adından salamladı. O qeyd etdi ki, bu günkü konsert müstəqillik tariximizin ən əlamətdar günlərindən olan 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusuyası gününə təsadüf edir. Sonra tanınmış müğənni Fəxri Kazım Nicat solo konsertini təqdim etdi. Onu, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Dövlət Kamera Orkestri (bədii rəhbər və dirijor Respublikanın Xalq artisti Rafael Bayramov) və Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Respublikanın Əməkdar artisti Elçin Elçiyev) müşayət etdi. Konsert tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılandı.