Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Filarmoniyasında ümumşəhər bayram tədbiri

28.12.2017

Gəncə Dövlət Filarmoniyasında Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə ümumşəhər bayram tədbiri keçirildi.

Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyev təbrik nitqi söylədi.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və “Heydər Əliyev Fondu”nun Prezidenti, Respublikanın I Vitse Prezidenti Mehriban xanım Əliyevaya Gəncə şəhərinə göstərdikləri xüsusi diqqət və qayğıya görə gəncəlilər adından minnətdarlığını bildirdi.

Sonra Gəncə şəhərinin ictimai-siyasi, mədəni həyatında, şəhərdə aparılan geniş miqyaslı quruculuq işlərində fəallıq göstərən şəxslərə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Fəxri fərmanları və hədiyyələr təqdim olundu.

Təltif olunanlar sırasında Gəncə şəhər 4 №-li Uşaq Musiqi Məktəbin direktoru İntizar Qafarovaya da fəxri fərman və hədiyyə verildi.

Tədbirin rəsmi hissəsindən sonra Gəncə şəhərinin və Bakı şəhərindən dəvət almış incəsənət ustalarının konsertində Azərbaycan Respublikasının Xalq artistləri Şahnaz Haşımova, Samir Cəfərov, Əməkdar Mədəniyyət İşçisi, solist Mehparə Cəfərova, Yaşar Yusub, Rəqqasə Fatimə, Elton Hüseynəliyev, Mirkamil Kamilov, Samir Məmmədov, Rövşən Məmmədov, Ayşən Mehdiyeva, Əli Məmmədov, “Cahan” qrupu, Sabir Bəşirin rəhbərliyi ilə ritm qrupu və başqaları vətəni, azərbaycanlığı vəsf edən mahnılar ifa olundu.

Tədbirin sonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və “Heydər Əliyev Fondu”nun Prezidenti, Respublikanın I Vitse Prezidenti Mehriban xanım Əliyevanın ünvanına təbriklər söylənildi, Azərbaycan xalqına sülh, əmin-amanlıq, Azərbaycan Respublikasına davamlı inkişaf və tərəqqi arzulandı.

Tədbirdə iştirak edən bütün ifaçılar səhnəyə gəldilər, alqış sədalı altında ümumşəhər bayram konserti başa çatdı.