Goranboy rayon Tarix-Diyarşunaslıq Muzeyində “Uca Bayraq” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon 1 saylı orta məktəbin və Veyisli kənd orta məktəbinin müəllim və şagird kollektivi, Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, MKS iştirak etmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Rəcəb Qarayev açdı, o qeyd etdiki Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağı ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda ucaldılıb. Bu addım ölkə əhalisi tərəfindən tarixi və mütərəqqi bir hadisə kimi dəyərləndirilir.
Tədbirdə Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş olunub.