Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbi, şəhər 1 saylı tam orta məktəblə birlikdə, 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı günü münasibəti ilə “Bayrağımız – and yerimiz!” adlı rəsm sərgisi nümayiş etdirildi.
Sərgini Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov açaraq, iştirakçıları salamladı və 9 Noyabr – Dövlət Bayrağı gününün yaranma tarixi barədə ətraflı məlumat verdi.
“Bayrağımız – and yerimiz!” adlı rəsm sərgisi maraqla qarşılandı.
Sonda sərgidə iştirak edən ən fəal şagirdlərə hədiyyələr verildi.