Goranboy rayon Dövlət Rəsm Qalereyasında “9 noyabr Bayraq günüdür” adlı rəsm sərgisi təşkil edildi.
Sərgidə mövzu ilə bağlı çəkilmiş rəsm əsərləri nümayiş olundu.
Sərginin tamaşaçıları Goranboy şəhər 1 nömrəli orta məktəbin 8-ci sinif şagirdləri olmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.