29.12.2017
29.12.2017-ci il tarixdə Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 18 saylı körpələr evi uşaq bağçası ilə birgə yeni ilin gəlişi münasibətilə “Gəlmişik görüşünə Şaxtababa şaxtacan” adlı səhərcik keçirdi. Səhərciyi giriş sözü ilə açan kitabxana filialının müdiri Rahilə Qasımova körpə fidanlara atalı, analı mənalı, qayğısız, bol-bərəkətli uşaqlıq illəri arzuladı.
Tədbirdə iştirak edən bağçanın müdiri Mehriban Allahverdi hamını qarşıdan gələn yeni il münasibətilə təbrik etdi və uşaqlara firavan həyat, aydın səma, bol süfrəli yeni il arzuladı.
Metodist Tamam xanım, Könül müəllimə və başqaları da uşaqlara xoşbəxtlik, səadət dolu günlər arzulayaraq sevimli uşaqlar sehirli yolka ətrafında şənliyə başladılar. Balacalar öz şən mahnılarını oxudular, şeirlər söylədilər, gözəl rəqsləri sevə-sevə ifa etdilər. “Şaxta baba” və “Qarqız”la bərabər yolka ətrafında maraqlı bir gün keçirdilər. Körpələr də öz arzu və istəklərini yolka ətrafında “Şaxta baba” ilə “Qarqız”a söylədilər.