Naftalan şəhəri Heydər Əliyev Mərkəzində 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı günü münasibəti ilə məruzə saatı keçirildi.
Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev “Azərbaycanın Dövlət Bayrağı günü” adlı giriş sözü ilə çıxış etdi.
S.Vurğun adına Naftalan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayraq” adlı məruzə etdi. Sonra Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Ramilə Həsənova və bələdçi Elnarə Abbasova çıxış etdilər.
İ.Nəsimi adına Naftalan şəhər 1 saylı tam orta məktəbin şagirdləri “Azərbaycanın dövlət bayrağı gününə həsr olunmuş şeirlər söylədilər.