31.10.2019
Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Goranboy rayon Heydər Əliyev Mərkəzinin qarşısında II Regional xalça sərgisi keçirilmişdir. Sərginin keçirilməsində məqsəd qədim xalça sənətinin yaşadılması və tanıdılması işinin müasir tələblər səviyyəsində qurulmasıdır.
Tədbirdə Goranboy, Naftalan, Gəncə, Tərtər, Samux, Kəlbəcər və Xocalı xalçaçıları iştirak etmişlər. Sərgidə 150-dən çox xalça nümunələri nümayiş etdirilmişdir. Sərgidə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri də iştirak etmişdir.