Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi 20 oktyabr – 20 noyabr “Uşaq hüquqları aylığı” çərçivəsində 1 №-li tam orta məktəbdə “Mənim hüquqlarım məni qoruyur” adlı tədbir keçirtdi.
Tədbiri Uşaq şöbəsi, Oxu zalının müdiri Samirə Əliyeva açaraq “Uşaq hüquqlarının əhəmiyyəti və uşaqların həyatında rolu” haqqında danışdı.
Rayon təhsil şöbəsinin uşaq hüquqları üzrə məsləhətçisi, İlham Əhmədov “Uşaq hüquqları necə yaranıb?” adlı məruzə ilə çıxış etdi və qeyd etdi ki, hər bir uşağın hüququ dövlət tərəfindən qorunur və uşaqlar qayğı ilə əhatə olunurlar.
Tədbirdə “Hüquqlarımızı bilirikmi?” adlı viktorina keçirildi. Qalib məktəblilərə hədiyyə təqdim olundu.