Goranboy Dövlət Rəsm Qalereyasında “Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların fəal iştirakı ilə sərgi təşkil edilmişdir.
Sərgidə yeniyetmə rəssamların 15 ədəd rəsm əsərləri nümayiş olunmuşdur. Sərginin tamaşaçıları Goranboy rayon 1 nömrəli orta məktəbin 3-cü və 7-ci sinif şagirdləri və müəllim kollektivi olmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə sərgi barədə tamaşaçılara geniş məlumat vermişdir.