28.12.2017
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Gəncə şəhər 1 №-li Uşaq Musiqi Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirildi.
Tədbirə giriş sözü ilə məktəbin direktoru Aidə Əmrahova açaraq Həmrəylik günü və Yeni il münasibəti ilə şagirdləri və müəllimləri salamladı, onları təbrik etdi.
Məktəbin pedaqoji kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və “Heydər Əliyev Fondu”nun Prezidenti, Azərbaycanın I Vitse Prezidenti Mehriban xanım Əliyevaya Gəncə şəhərinə göstərdikləri diqqətə görə minnətdarlıq bildirildi.
Çıxış edənlər Azərbaycan xalqına sülh, əmin-amanlıq, inkişaf və tərəqqi arzuladılar.
Məktəbin şagirdləri vətəni, torpağı, həmrəyliyi, yeni ili vəsf edən şeirləri söylədilər, şən mahnılar ifa etdilər, yolka ətrafında rəqs etdilər.
Tədbir xoş əhval ruhiyyə ilə başa çatdı.