18 oktyabr 2019 - cu il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 25 saylı orta məktəblə birlikdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 28 - ci il dönümünə həsr olunmuş “ Dünya baxsın - tarix olmuş Azərbaycana” adlı ədəbi - bədii gecə keçirtmişdir. Tədbir Müstəqil Azərbaycanın dövlət himninin səslənməsi ilə açıq elan olundu. Kitabxananın müdiri Natella Hacıyeva tədbir iştirakçılarının salamladı və müstəqillik günü haqqında oxuculara geniş məlumat verdi. Daha sonra məktəbin tarix müəllimi Atlas çıxış edərək Azərbaycanın müstəqillik qazanılmasının tarixindən bəhs etdi. Tədbir şagirdlərin vətənpərvərlik mövzusunda ifa etdikləri şeirlər, mahnılarla davam etdi.