Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ad günün Mübarək Azərbaycan”

17.10.2019

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 17.10.2019-cu il tarixində Azərbaycanın Dövlət Müstəqilliyi Günü Münasibətilə “Ad günün Mübarək Azərbaycan” adlı şeir gecəsi keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Şeir gecəsini giriş sözü ilə açan şöbənin müdiri Ellada Rəhimova iştirakçıları salamladı və ilk öncə Gəncə şəhər MKS-nin yaranmasının 85 illiyi haqqında və Uşaq kitabxanasının isə əsas məqsədinin fəaliyyətində məktəbəqədər və məktəbyaşlı uşaqlara xidmət etmək, kitabı uşaqlara sevdirmək, onların dünyagörüşünün formalaşmasına və təhsildə uğurlar əldə etməsinə kömək etməkdən ibarət olduğunu vurğuladı. Bildirdi ki, xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur azadlıq, müstəqillik. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılması olmuşdur.Tədbirdə iştirak edən 27 saylı məktəb-liseyin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söylədilər və mahnılar oxudular. İfa etdikləri şən rəqsləri ilə ttədbiri daha da canlandırdılar. Tədbir müstəqillik mövzusunda nümayiş olunan video-çarxla başa çatdı.