Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın müstəqilliyi əbədidir,

18.10.2019

18 oktyabr 2019-cu il tarixdə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Müstəqillik günü münasibətilə “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda tədbir keçirildi. Tədbirdə 5 №-li orta məktəbin müəllim və 6-7-ci sinif şagirdləri iştirak etdilər. Tədbirdə əvvəl Mərkəzin əməkdaşı Sevinc Əhmədova iştirakçılara Ulu Öndər Heydər Əliyevin həyat və fəlaiyyətini əks etdirən xatirə muzeyi haqqında ətraflı məlumat verdi. Həmçinin şagirdlər MKS-nin Mərkəzdə yerləşən 16 №-li kitabxana filialının Müstəqillik günü ilə əlaqədar hazırladığı sərgi ilə tanış oldular. Tədbirdə çıxış edən Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva bildirdi ki, xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. Ümummilli lider Heydə Əliyev Müstəqillik haqqında belə demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Sonda şagirdlər Müstəqillik gününə həsr olunmuş şeirlər söylədilər. Şagirdlərdən Turan Şirinov Azərbaycan mahnısını azərbaycan və ingilis dilində ifa etdi.