Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Naftalan şəhər Heydər Əliyev Mərkəzində Müstəqillik günü qeyd olundu

18.10.2019

Naftalan şəhər Heydər Əliyev Mərkəzində 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci ildönümünə həsr olunmuş tədbiri Mərkəzin direktoru Elman Alıyev açaraq tədbirin iştirakçılarını salamladı və qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyəti heç bir zaman yaddan çıxmayacaq. Naftalan şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sədrəddin Muradov müstəqillik tariximizdən ətralı məlumat verdi. Heydər Əliyev Mərkəzinin bələdçisi Elnarə Abbasova öz çıxışında Azərbaycan xalqının XX yuzillikdə 2-ci dəfə müstəqillik qazanmasını xalqımızın tarixində 25-ci parlaq qələbə adlandırıldı.