Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı rayon Tarix Muzeyində Müstəqillik gününə həsr olunmuş tədbir

18.10.2019

Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci illiyi münasibəti ilə tədbir keçirildi. Tədbirdə Laçın rayonundan olan məcburi köçkün hal-hazırda Ağcabədi rayonunda məskunlaşmış aprel döyüşlərinin iştirakçısı, “İgidliyə görə” medalı ilə təltif edilmiş Afiəddin Əliyev və Bakı şəhərində yaşayan müharibə veteranı 1-ci qrup Qarabağ əlili, “Vətən naminə” medalı ilə təltif edilmiş Rüsxarə Cumalıyeva və Xocalı rayon Kosalar kənd Yaloba kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak etdilər. Tədbirdə iştirak edənlərə muzeyin direktoru Tofiq Məmmədov 18 oktyabr Dövlət Müstəqilliyi günü haqqında məlumat verdi. Muzeyin bələdçisi Xatirə İsmayılova tədbir iştirakçılarını muzeydə yaradılmış foto-sərgilər ilə tanış etdi.