18.10.2019 -cu il MKS-nin 19№-li kitabxana filialı 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə “ Müstəqilliyimiz və milli mənsubiyyətimiz" dəyirmi masa keçirdi.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir deyərək tədbiri açıq elan edən böyük kitabxanaçı Amalya Nağıyeva Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmasından danışdı .
GDU-nun tarix fakultəsinin məzunu tarix müəllimi Cavid Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Tədbirdə iştirak edən Göygöl rayon 8 Mart adına orta məktəbin Azərbaycan dili müəlliməsi Validə Hüseynova çıxış edərək bildirdi ki, müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı.
Kitabxanaçı Nərgiz Məmmədova çıxışının sonunda Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının inkişafı bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Tədbir iştirakçıların marağına səbəb oldu.