15.10.2019 -cu il MKS-nin 19№-li kitabxana filialı Rus Şairi Lermontov Mixail Yuryeviçin anadan olmasının 205 illiyi ilə bağlı “Zəmanəsinin qəhrəmanı Lermantov” kitab sərgisi təşkil olundu.
Sərgidə şairin kiril qrafikasında, latın əlifbasında və rus dilində olan kitablar sərgiləndi. Kitabxanaçı Nərgiz Məmmədova ilk öncə rus şairi Lermontovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra isə sərgidə olan hər bir kitab haqqında danışdı.
M.Y.Lermantovun şerlər, poemalar, mənzum dram, romanlar kitabları sərgidə nümayiş etdirilmişdi.
Nərgiz Məmmədova bildirdi ki, rus yazar və şair Mixail Lermontov rus romantizminin öndə şəxslərindən biri olan Lermontovun şeirləri, əsas da tək romanı olan “Zəmanəmizin qəhrəmanı” illər keçməsinə baxmayaraq, mövzu cəhətdən hələ də öz aktuallığını qoruyub-saxlamaqdadır. “Zəmanəmizin qəhrəmanı” romanı ən yaxşı kitablar arasında, şübhəsiz, öz yerini alır.
19№-li kitabxana filialında təşkil edilən kitab sərgisi iştirakçılar tərəfindən maraql qarşılandı.