28.12.2017
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə konsert proqramı təşkil olunacaq.
Konsertin rəsmi hissəsində şəhərin ictimai həyatında il ərzində fərqlənən şəxslər mükafatlandırılacaq. Bədii hissədə isə Xalq artisti Samir Cəfərov, Elton Hüseynəliyev, Leyla Ramazanlı, Mirkamil Kamilov, Yaşar Yusub, Boris Bayramov, Cahan qrupu, rəqqasə Fatimə və başqaları çıxış edəcəklər. Gecə boyu konsertə Afaq Gəncəli və Şəhriyar Əbilov aparıcılıq edəcəklər.