Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər İncəsənət Məktəbində Müstəqillik günü qeyd olundu

18.10.2019

Gəncə şəhər Uşaq İnəsənət Məktəbində Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri nəzəriyyə şöbəsinin müəllimləri Nailə İbrahimova və Aynurə Vəliyeva açdılar. Azərbaycanın müstəqillik tarixi haqqında danışdılar. Şagirdlər Sevinc Məmmədova və Gültac Məcidova vətən haqqında şeirlər söylədilər. Musiqi nömrələri ilə tədbir davam etdi. Səs və xalq çalğı alətləri şöbəsinin şagirdləri bir-birindən maraqlı çıxışları ilə tədbiri davam etdilər. Sonda məktəbin direktoru Ramail Atayev çıxış etdi və bu bayram münasibəti ilə bütün kollektivi təbrik etdi. 18 oktyabr – Dövlət Müstəqilliyinə həsr olunmuş rəsm sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.