Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində rəsm sərgisi

18.10.2019

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər sakini, gənc rəssam Əliyev Elşən Ərəstun oğlunun rəsm əsərlərindən ibarət satış-sərgi keçirildi. Tədbiri Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov açaraq iştirakçıları regional idarənin rəhbərliyi adından salamladı və qeyd etdi ki, bu günki sərgi xoş bir günə 18 Oktyabr Dövlət Mütəqilliyi gününə təsadüf etmişdir. Memarı və qurucusu ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası bu gün Cənubi Qafqazda lider dövlət olmaqla dünya siyasi arenasında öz layiqli yerini tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyətlərinin nəticəsidir ki, Azərbaycan Respublikası müstəqillik tarixində çox böyük uğurlar qazanmışdır. Bəxtiyar Muradov tədbir iştirakçıları adından 18 Oktyabr Milli Müstəqillik günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevin şəxsində Azərbaycan xalqını, dünya azərbaycanlılarını təbrik etdi, ölkəmizdə sülh, əminamanlıq, davamlı inkişaf və tərəqqi arzu etdi. Cari ilin sentyabr ayının 20-də Gəncə, Naftalan, şəhərlərində və Goranboy rayonunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi səyyar qəbul zamanı Gəncədə keçirilən qəbulda olmuş, gənc rəssam Elşən Əliyevin anası, tək ailə başçısı Həmayə Əliyeva oğlunun rəsm əsərlərindən ibarət satış-sərginin keçirilməsini xahiş etmişdir. Həmayə Əliyeva çıxış edərək, bu günki sərginin təşkili üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Gəncə Regional Mədəniyyət İdarəsinə, bütün təşkilatçı və iştirakçılara öz səmimi minnətdarlığını bildirdi. Sərgiyə baxış keçirildi.