Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Mədəniyyət Mərkəzində Müstəqillik gününə həsr olunmuş dəyirmi masa

18.10.2019

Gəncə şəhəri Mədəniyyət Mərkəzində “Azərbaycan Respublikasının Müstəqilliyi günü” adlı dəyirmi masa keçirildi. Tədbirdə Mədəniyyət Mərkəzinin işçiləri, 15 saylı şəhər orta məktəbinin şagirdləri, 3 saylı kitabxananın işçiləri, qəsəbə sakinləri iştirak etdilər. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açdı. O, qeyd etdi ki, 20-ci əsrdə Azərbaycan iki dəfə öz müstəqilliyini, azadlığını qazanmışdır. Sonra söz tədbir iştirakçılarına verildi. Onlar da Azərbaycanın müstəqillik yollarında atdığı çətin və əzəmətli addımlardan danışdılar.