16.10.2019-cu il Gəncə şəhər MKS-nin 13№-li kitabxana filialında 18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyi günü ilə əlaqədar “Müstəqilliyimiz əbədididr” başlıqlı ədəbii-bədii gecə keçirildi. Tədbirdə 41 №-li məktəbin 2b və 3b , 4-cü sinif şagirdləri, müəllimələri, Gəncə Dövlət Regional Kollecin I kurs tələbələri və müəllimi iştirak etdi. Böyük kitabxanaçısı Günel Əliyeva himnimizin sədaları altında tədbiri açaraq, iştirakçıları salamladı və bayram münasibəti ilə təbrik etdi. Sonra söz Kollecin tarix müəlliməsi Quliyeva Könül xanıma verildi. O, çıxışında Azərbaycanın başına gətirilmiş tarixi faktlardan danışdı.Tədbirin digər çıxış edənlər bildirdilər ki, Azərbyacan bir əsrdə iki dəfə müstəqillik əldə etmiş, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Müstəqilliyini çox mürəkkəb şəraitdə elan etmiş Azərbaycan suveren respublika kimi tezliklə dünya ölkələri tərəfindən tanınmağa başladı. Sonra tədbir iştirakçıları Müstəqillik Gününə həsr olunmuş slayda tamaşa etdilər
Tədbirin bədii hissəsində şagırdlərin ifasında vətənə aid seirlər söylədilər, musiqilər və rəngarəng rəqslər ifa etdilər. Sonda “Xalqın ən böyük uğuru onun müstəqilliyidir” adlı sərgiyə baxış keçirildi. Hər kəs tədbirdən xoş əhval-ruhiyyə ilə ayrıldı.