Goranboy rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr Müstəqillik günü münasibətilə, "Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Konfransda şəhər 1 və 2 saylı tam orta məktəbin müəllim və şagirdləri, Mərkəzi Kitabxana Sisteminin işçiləri və şəhər 1 saylı klubun əməkdaşları iştirak etdilər.
Tədbiri Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açıq elan etdi. Sonra Tatarlı kənd orta məktəbinin tarix müəllimi Müşfiq Sadıqov müstəqilliyimiz mövzusunda geniş məruzə edərək bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlər bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Nərminə Şirinbəyli öz məruzəsində müstəqilliyimizin ilk illərində ölkəmizin xeyli çətinliklərlə üzləşdiyini, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdiyini bildirdi.
Sonda Mərkəzi Kitabxana Sisteminin şəhər kitabxana filialının multi-media işçisi Kəmalə İsmayılova çıxış edərək bildirdi ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.