Goranboy rayon Mərkəzi Kitabxana Sisteminin işçiləri Heydər Əliyev parkında Mütaliə bayramı münasibəti ilə kitab sərgisi təşkil etdilər.
Tədbirdə mədəniyyət müəssisələrinin işçiləri, şəhər sakinləri kitabxanaçılar iştirak edirdilər. Tədbirə rayonun yerli yazarları da dəvət olunmuşdur.
Tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə müxtəlif elm sahələrinə dair ədəbiyyatlar, dünya ədəbiyyatları həmçinin, yerli yazarlardan Ələsgər Əlioğlu, Həsən Göyçəli, İmam Cəmillinin və başqalarının əsərləri nümayiş olundu.
Tədbirdə iştirak edən yerli yazarlar öz kitablarını şəhər sakinlərinə və kitabxanaya hədiyyə etdilər.
Sonda yerli yazarlarla kitabxanaçılar xatirə şəkli çəkdirdilər.