Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müsabiqədə qalib olan şagirdlərə fəxri fərman, diplomlar və hədiyyələrin təqdimatı

16.10.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xətti ilə 2018/2019-cu tədris ilində keçirilən “Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində və “Gənc pianoçüların IV Respublika müsabiqəsi”də uğur qazanmış şagirdlərə Mədəniyyət Nazirliyinin fəxri fərman, diplom və hədiyyələrinin təqdimatı keçirildi. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev hər iki müsabiqədə iştirak edən və uğur qazanmış Regional idarənin tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhərlərinin, Goranboy, Samux, Kəlbəcər rayonlarının uşaq musiqi, incəsənət məktəblərindətəhsil alan şagirləri təbrik etdi və onlara daha böyük uğurlar qazanmağı arzuladı. Regional idarənin rəisi həmçinin müsabiqələrdə iştirak edən şagirdlərin təhsil aldıqları uşaq musiqi, incəsənət məktəblərinin rəhbərlərinə, müəllimlərinə və valideyinlərə öz minnətdarlığını bildirdi. Sonra şagirdlərə fəxri fərmanlar, diplom və hədiyyələr təqdim olundu. Sonda xatirə şəkilləri çəkildi.