Goranboy rayon Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsi Goranboy rayonu üzrə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzində “Nağıllar aləminə səyahət” adlı nağıl saatı təşkil etdi.
Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova dövlətin uşaqlara göstərdiyi diqqət və qayğıdan danışdı. Kitabxananın multimedia resursları üzrə mütəxəssisi Rəbiyə Əliyeva uşaqlara “Tülkü ilə canavar” nağlını danışdı.
“Tıq-tıq xanım” və “Ayna” cizgi filmi nümayiş olundu. Uşaqlar nağıllara həvəslə tamaşa etdilər.
Sonda uşaqlar “Sənin nağıl dünyan” adlı sərgi ilə də tanış oldular.