Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqil Azərbaycan

15.10.2019

Goranboy Dövlət Rəsm Qalereyasında 18 oktyabr – Milli Müstəqillik günü ilə bağlı sərgi təşkil edildi. Sərgidə müstəqiliyimizi əks etdirən rəsm əsərləri nümayiş olundu. Sərginin tamaşaçıları Goranboy şəhər 1 nömrəli orta məktəbin müəllim və şagird kollektivi oldu. Qalereyanın direktoru Çinarə Abdullazadə və fond mühafizi İlhamə Məmmədova sərgi barədə tamaşaçılara ətraflı məlumat verdilər. Azərbaycanın Dövlət Müstəqilliyi günü – Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Hər il 18 oktyabr Azərbaycanda böyük sevinc hissi ilə qeyd edilir.