Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr, Veteranlar Şurasının Gəncə şəhər Təşkilatı 1941-45-ci illər Böyük Vətən Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı İsrafil Məmmədovun Ev Muzeyində vətənpərvərlik mövzusunda tədbir təşkil olundu.
Tədbirdə 1941-45-ci illər Böyük Vətən Müharibəsi veteranı Tofiq Hüseynov, Qarabağ müharibəsi iştirakçıları, əmək veteranları, şəhər ziyalıları iştirak etdilər.
Tədbiri Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr, Veteranlar Şurasının Gəncə şəhər Təşkilatının sədri, əmək veteranı, Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Yusif Məmmədov açaraq tədbir barədə ətraflı məlumat verdi.
O bildirdi ki, bu günki tədbir İsrafil Məmmədov Xatirə Ev Muzeyində keçirilməsi təqdirəlayiq haldır.
Tədbirdə Qarabağ müharibəsi iştirakçısı, əlil Abbasov Zəfər Duman oğlu “General Həzi Aslanov” yubiley medalı ilə, əmək veteranı Əlbəndov Ələmdar Aslan oğlu isə “Səməd bəy Mehmandarov” medalı ilə təltif olundular.