Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İsrafil Məmmədov-100”

12.10.2019

MKS-nin 11 №-li kitabxana filialı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasının 100 illiyi münasibəti ilə qəhrəmanın ev muzeyinə ekskursiya təşkil etdi. Ekskursiyada 21 №-li Tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Rzayeva, 1-ci sinif şagirdləri və valideynlər iştirak etdi. Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq uşaqlara qəhrəmanın həyatı və qəhrəmanlıq tarixi haqqında qısa məlumat verdi. Sonra isə filialın kitabxanaçısı Nailə Məmmədova uşaqları Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyi ilə tanış etdi. Qəhrəman haqqında daha ətraflı məlumat almaq üçün isə muzeyin direktoru Eldəniz Babayev şagirdlərə ekskursiyada bələdçilik etdi. Tədbirdə 21№-li tam orta məktəbin şagirdləri Vətənə, qəhrəmanlığa aid şeirlər söylədilər. Məktəbin müəllimi Aygün Rzayeva da çıxış edərək qəhrəmanlıq, vətənə sevgi, məhəbbət haqqında şagirdlərə məlumat verdi. Tədbirin sonunda 11 №-li kitabxana filialının işçiləri, 21 №-li tam orta məktəbin müəllim və şagird kollektivi və Qəhrəmanın ev muzeyinin rəhbərliyi ilə birlikdə xatirə fotosu çəkildi.