Uşaqlarda kiçik yaşlardan mütaliə vərdişlərlərini formalaşdırmaq Gəncə şəhər Uşaq kitabxanasının əsas vəzifələrindən biridir. Bu məqsədlə Uşaq Kitabxanası tez-tez kiçikyaçlı uşaqlar və aşağı sinf şagirdləri üçün nağıl saatları təşkil edir. Çünki uşaqlar qədim mədəniyyətimizin mədəni sərvəti olan nağılları sevir, dərk edir və ondan lazımi nəticələr çıxarır. Onlarda nağıl qəhrəmanlarının parlaq obrazı ilə dostluq və məhəbbət,doğruluq, şərə və ədalətsizliyə nifrət kimi böyük insanı hisslər oyanır.
10.10.2019-cu il tarixində baş tutan nağıl saatının növbəti qonaqları 27 saylı məktəb-liseyin I sinif şagirdləri oldu. Müxtəlif mövzulardan bəhs edən Azərbaycan nağıllarını maraqla dinləyən məktəblilərə dinlədikləri nağılların daha yaxşı yadda qalması üçün onlarla müxtəlif sual-cavab aparıldı. Nağıl saatını şöbənin kitabxanaçısı Nərmin Həsənova apardı.